İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 435 nəfərə çatıb
Digər ölkələr
- 30 noyabr, 2025
- 17:33
İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 435-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" rəsmi məlumatlara istinadən məlumat yayıb.
Bir çox ərazilərdə yollar dağılıb, telekommunikasiya infrastrukturu zədələnib. Xilasetmə və humanitar yardım qrupları quru yolu ilə əlçatmaz ərazilərə yardım çatdırmaq üçün helikopterlərdən istifadə edib.
Bundan əvvəl ölənlərin sayının 303 olduğu bildirilmişdi.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi bildirib ki, fəlakətə ötən həftənin sonundan bölgədə davam edən güclü yağışlar səbəb olub. Sellər yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışına mane olub.
Son xəbərlər
00:41
Rubio Qrenlandiya ilə bağlı danışıqların gedişini müsbət qiymətləndirib
Digər ölkələr00:15
Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ baş verib
Digər ölkələr23:51
İranın xarici işlər naziri ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə gedib
Region23:34
Rubio: ABŞ NATO-dan çıxmağa hazırlaşmır
Digər ölkələr23:13
ABŞ Hind okeanında daha bir tankeri ələ keçirib
Digər ölkələr22:45
Prezident İlham Əliyev Aleksandar Vuçiçlə görüşü ilə bağlı paylaşım edib
Xarici siyasət22:39
Video
Vuçiç İlham Əliyevi təcrübəli dövlət xadimi və milli lider kimi qiymətləndirib
Xarici siyasət22:28
Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi başa çatıb
Futbol22:09
Video