İlin əvvəlindən Afrikada meymunçiçəyinə 35,5 min yoluxma müəyyən edilib

İlin əvvəlindən Afrikada meymunçiçəyinə 35,5 min yoluxma müəyyən edilib Cari il yanvarın 1-dən sentyabrın 29-dək Afrikada meymunçiçəyi xəstəliyinə 35 mindən çox şübhəli yoluxma halı və bu xəstəliyin səbəb ola biləcəyi 1 000-ə yaxın ölüm müəyyən edilib.
Digər ölkələr
7 Oktyabr , 2024 03:23
İlin əvvəlindən Afrikada meymunçiçəyinə 35,5 min yoluxma müəyyən edilib

Cari il yanvarın 1-dən sentyabrın 29-dək Afrikada meymunçiçəyi xəstəliyinə 35 mindən çox şübhəli yoluxma halı və bu xəstəliyin səbəb ola biləcəyi 1 000-ə yaxın ölüm müəyyən edilib.

"Report"un xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatında bildirilir ki, ÜST-ə Afrikada ilin əvvəlindən bu günədək meymunçiçəyinə 35,525 şübhəli yoluxma halı, o cümlədən 996 ölüm barədə məlumat daxil olub. Sentyabrın 23-dən 29-dək həftə ərzində yoluxanların sayı 4 098, ölənlərin sayı isə 156 nəfər artıb.

İlin əvvəlindən həkimlər xüsusən Konqo Demokratik Respublikasında meymunçiçəyinə daha çox yoluxma və ölüm hallarını müəyyən ediblər - müvafiq olaraq 30,766 və 990. Siyahıda Burundi ikinci yerdədir, ilin əvvəlindən 1 368 nəfərdə meymunçiçəyinə yoluxma şübhəsi var. Bu ölkədə ölüm halı qeydə alınmayıb.

Meymunçiçəyi xəstəliyi ilə bağlı qlobal fövqəladə vəziyyət ilkin olaraq 2022-ci ilin iyulundan 11 may 2023-cü ilə qədər qüvvədə idi. Xəstəliyin azalması səbəbindən ləğv edildi, lakin bu il avqustun 14-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus Afrikada xəstəliyin yayılması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi