​İraq Müdafiə Nazirliyi İŞİD-in nəzarətində olan Ramadi şəhərinin müdafiəsini yardığını açıqlayıb

​İraq Müdafiə Nazirliyi İŞİD-in nəzarətində olan Ramadi şəhərinin müdafiəsini yardığını açıqlayıb "Biz bir neçə istiqamətdən şəhərin kənarındakı yaşayış məntəqələrinə daxil olduq"
Digər ölkələr
16 İyul , 2015 17:17
​İraq Müdafiə Nazirliyi İŞİD-in nəzarətində olan Ramadi şəhərinin müdafiəsini yardığını açıqlayıb

əBakı. 16. iyul. REPORT.AZ/ İraq Müdafiə Nazirliyinin sözçüsü may ayından bu yana İŞİD-in nəzarəti altında olan Ramadi şəhəri ətrafındakı müdafiəni ordunun yardığını bildirib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən məlumat verir.

"Qoşunlarımız Ramadi şəhərinin mərkəzindən bir neçə kilometr aralıda yerləşir, biz bir neçə istiqamətdən şəhərin kənarındakı yaşayış məntəqələrinə daxil olmuşuq", - İraq Müdafiə Nazirliyinin sözçüsü Nasir Nuri bildirib.

May ayında yaraqlılar paytaxt Bağdaddan təxminən 100 km aralıda yerləşən Anbar əyalətinin paytaxtı, vacib strateji əhəmiyyət kəsb edən Ramadi şəhərini ələ keçirə bilmişdi. Bir qədər əvvəl verilən məlumata görə, bazar ertəsi İraq ordusu hazırda İŞID qruplaşmasının nəzarəti altında olan ölkənin qərbindəki Anbar əyalətinin böyük bir hissəsinin azad olunması ilə bağlı əməliyyata başlayıb. 

Son xəbərlər

Orphus sistemi