"Həmas" Fələstin sakinlərini üsyan etməyə çağırıb

Digər ölkələr
  • 07 dekabr, 2017
  • 20:38
Həmas Fələstin sakinlərini üsyan etməyə çağırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Fələstinin "Həmas" hərəkatının lideri İsmayıl Haniyə yeni üsyanın başlanmasına çağırıb.

“Report” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Biz bütün azad Fələstin sakinlərini cümə günü – "qəzəb günü" küçələrə çıxmağa və yeni üsyanın başlandığını elan etməyə çağırırıq", - deyə o bildirib.