Fələstin hökuməti istefa verib

Fələstin hökuməti istefa verib Fələstinin baş naziri Məhəmməd əş-Ştayə və hökuməti istefa verib.
Digər ölkələr
26 Fevral , 2024 12:58
Fələstin hökuməti istefa verib

Fələstinin baş naziri Məhəmməd əş-Ştayə və hökuməti istefa verib.

“Report” “newsru.co”ya istinadən xəbər verir ki, o, bu barədə ərizəsini Fələstin dövlətinin başçısı Mahmud Abbasa təqdim edib.

Bildirilib ki, yeni hökumət formalaşanadək o, Nazirlər Kabinetinə başçılıq edəcək.

Məlumata görə, bu həftə Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin formalaşacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi