Əlcəzair XİN rəhbəri: Qərbi Saxara Afrikadakı son müstəmləkədir

Əlcəzair XİN rəhbəri: Qərbi Saxara Afrikadakı son müstəmləkədir Mərakeş Kral Silahlı Qüvvələrinin nəzarətində olan Qərbi Saxara Afrikadakı son müstəmləkədir.
Digər ölkələr
19 Avqust , 2024 00:04
Əlcəzair XİN rəhbəri: Qərbi Saxara Afrikadakı son müstəmləkədir

Mərakeş Kral Silahlı Qüvvələrinin nəzarətində olan Qərbi Saxara Afrikadakı son müstəmləkədir.

"Report" "Ennahar Online" informasiya portalına istinadən xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Əhməd Attaf deyib.

O bildirib ki, Afrikanın son müstəmləkəsi hələ də öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququndan məhrumdur:

"Bəzi ölkələr Qərbi Saxarada qurulmuş müstəmləkə nizamını qəbul etməyə və ona haqq qazandırmağa meyllidirlər. Yerli xalqın gec-tez beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyin etmək kimi hüququ var”.

Qərbi Saxaradakı vəziyyət uzun onilliklər ərzində beynəlxalq mübahisələrə səbəb olub. Əlcəzair və Mərakeş arasında bir neçə ildir ki, əsas maneə iki qonşu ölkənin əks mövqe tutduğu Qərbi Saxara problemi hesab edilir. Rabat keçmiş ispan mülklərini ərazisinin bir hissəsi hesab edir, Əlcəzair isə Qərbi Saxaranın müstəqilliyini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi