​Əfqanıstanda 28 "Taliban" döyüşçüsü öldürülüb

​Əfqanıstanda 28 "Taliban" döyüşçüsü öldürülüb Əməliyyat zamanı daha 30 "taliban"çı yaralanıb
Digər ölkələr
7 May , 2016 21:20
​Əfqanıstanda 28 Taliban döyüşçüsü öldürülüb

Bakı. 7 may. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən ölkənin şərqində keçirilən hərbi əməliyyat zamanı "Taliban" hərəkatının ən azı 28 döyüşçüsü məhv edilib. "Report"un məlumatına görə bu barədə mətbuata yerli hakimiyyət orqanlarından məlumat verilib.

Məlumata görə, hərbi əməliyyat Pakistanla sərhəddəki Kunar əyalətinin yaşayış məskənlərindən birində keçirilib. 

Əməliyyat zamanı daha 30 "taliban"çı yaralanıb.

Yerli mətbuat son aylar Əfqanıstanda vəziyyətin daha da gərginləşdiyini, "Taliban" radikal hərəkatı üzvlərinin fəallaşdığını bildirir. Əvvəllər ayrı-ayrı ucqar yaşayış məskənlərində terrorçuluqla məşğul olan "Taliban" döyüşçüləri indi ölkənin böyük şəhərlərinə hücumlar təşkil edirlər. 

Son xəbərlər

Orphus sistemi