Tramp respublikaçıların prezidentliyə namizədi olan gün məhkəmə qarşısına çıxarılacaq - YENİLƏNİB-2

Tramp respublikaçıların prezidentliyə namizədi olan gün məhkəmə qarşısına çıxarılacaq - YENİLƏNİB-2 Nyu-York məhkəməsi keçmiş pornoaktrisa Stormi Danielsin pulunu ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı qərar qəbul edib.
Digər ölkələr
31 May , 2024 01:47
Tramp respublikaçıların prezidentliyə namizədi olan gün məhkəmə qarşısına çıxarılacaq - YENİLƏNİB-2

Cümə axşamı Nyu-Yorkun hakimlər heyəti “Trump Organization” şirkətinin keçmiş pornoaktrisa Stormi Danielsin pulunu ödəyərkən maliyyə sənədlərinin saxtalaşdırılması işində 34 bənddə təqsirkar bildiyi ABŞ-nin keçmiş prezidenti Donald Trampa hökm çıxarılması ilə bağlı iclası iyulun 11-nə təyin edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hakim Xuan Merçant iclasın iyulun yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00) 11-ə planlaşdırıldığını açıqlayıb.

Bununla yanaşı, iyulun 15-18-də Miluokidə (Viskonsin ştatı) Respublikaçılar Partiyasının ümumi qurultayı keçiriləcək və Tramp ABŞ prezidentliyinə respublikaçı namizəd kimi təsdiqlənməlidir.

01:36

Nyu-Yorkda hakimlər heyəti ABŞ-nin sabiq prezidenti Donald Trampı keçmiş pornoaktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organisation”un maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirkar bilib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Tramp 34 ittihamın hər biri üzrə təqsirli bilinib. Tramp ABŞ tarixində hakimlər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident olub.

01:27

Nyu-York məhkəməsi keçmiş pornoaktrisa Stormi Danielsin pulunu ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, hökm yaxın vaxtlarda açıqlanacaq.

“Məhkəmə heyəti qərara gəldik. Formaları doldurmaq üçün əlavə 30 dəqiqə çəkəcək", - hakim Xuan Merçan hakimlərin məktubunu oxuyub.

ABŞ-nin sabiq prezidenti Donald Tramp və onun vəkilləri iclasda iştirak ediblər. Amerika məhkəmə icraatının qaydalarına görə, müttəhim məhkəmədə olmalıdır.

Yeddi kişi və beş qadından ibarət hakimlər heyəti 34 ittiham maddəsinin hər biri üzrə yekdil qərara gəlməli idi. Onlar bir aydan çoxdur ki, tərəflərin müzakirələrini izləyirlər və mayın 29-da müzakirəyə başlayıblar. CNN qeyd edir ki, danışıqlar ümumilikdə 11 saatdan çox davam edib.

Son xəbərlər

Orphus sistemi