CNN: “ABŞ-də təyyarənin pilotu uçuş zamanı huşunu itirib”
Digər ölkələr
- 23 mart, 2023
- 19:44
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərindən Ohayo ştatının Kolumbus şəhərinə uçan “Southwest Airlines” aviaşirkətinə məxsus təyyarənin pilotu uçuş zamanı huşunu itirib.
“Report” xəbər verir ki, bu barədə CNN şirkətə istinadən məlumat yayıb.
Məlumata görə, ekipajın köməyinə təyyarədə sərnişin kimi olan başqa aviaşirkətin pilotu gəlib. Təyyarədə olan tibb bacısı pilota tibbi yardım göstərib.
Tezliklə təyyarə Las-Veqasa qayıdıb. Huşunu itirmiş pilot xəstəxanaya aparılıb, ehtiyat komanda göyərtəyə qalxıb və təyyarə Kolumbusa yola düşüb.
ABŞ Federal Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.
Son xəbərlər
05:20
ABŞ-də avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb
Digər ölkələr04:44
Hindistanda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr04:17
Netanyahu: İsrail İranın sursat istehsalı imkanlarının 70 %-ni məhv edib
Digər ölkələr03:35
Əraqçi AEBA direktorunu etimadı pozmaqda təqsirləndirib
Region03:07
Husilər İsrailin Ben-Qurion Hava Limanına və daha bir neçə hədəfə hücum ediblər
Digər ölkələr02:53
Abbas Əraqçi ilə misirli həmkarı arasında telefon danışığı baş tutub
Region02:20
"Arsenal" "Sautqempton"a məğlub olaraq İngiltərə Kubokunu tərk edib
Futbol01:58
Hakan Fidan suriyalı həmkarı ilə regiondakı müharibəni müzakirə edib
Digər ölkələr01:42