Çinin Quandun əyalətində sürətli yolun bir hissəsinin çökdüyü yerdə dağıntıların təmizlənməsi işləri davam edir.
"Report"un "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
“Saat 05:30-a (Bakı vaxtı ilə 01:30) olan məlumata görə, dağıntılar altından 23 avtomobil aşkar edilib, 36 nəfər ölüb, 30 nəfər yaralanıb, onların həyatı üçün təhlükə yoxdur”, - məlumatda deyilir.
Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində 19 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Eyni zamanda hadisə nəticəsində azı 30 nəfər yaralanıb.
Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə çərşənbə günü gecə Meyçjou şəhərində baş verib. Olay yerinə gələn xilasedicilər dağıntılar altından 31 nəfəri qurtarıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.