Britaniyanın Baş naziri iğtişaşçıları cəzalandıracağına söz verib
Digər ölkələr
- 05 avqust, 2024
- 01:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Böyük Britaniyanın müxtəlif şəhərlərində baş verən iğtişaşların iştirakçıları əməllərinə görə peşman olacaqlar”.
“Report” xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer xalqa müraciətində deyib.
Baş nazir vurğulayıb ki, o, zorakı ifrat sağçılar tərəfindən təşkil edilən iğtişaşları banditizm adlandırmaqdan çəkinmir.
Starmer iğtişaşların fəal iştirakçılarının, eləcə də internetdə vəziyyəti qızışdıranların bundan peşman olacağına zəmanət verib. O, qanunu pozanların hamısının dərhal cəzalandırılmasının vacibliyini vurğulayıb.
Bundan əvvəl Böyük Britaniyanın Daxili İşlər Nazirliyi etirazlar fonunda məscidlərdə təhlükəsizliyi gücləndirmək üçün 30 milyon funt sterlinq ayırıb.
Son xəbərlər
17:45
Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb
Sənaye
17:40
Madriddə pensiya sisteminin özəlləşdirilməsinə qarşı nümayiş keçirilib
Digər ölkələr
17:23
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Maliyyə
17:22
Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub
Komanda
17:11
Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək
Digər ölkələr
16:58
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Biznes
16:47
Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib
İdman
16:42
Kim Çen In Çinin Dandun şəhərində avtomobil zavodunu ziyarət edib - Yenilənib
Digər ölkələr
16:27
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib, iki Türkiyə vətəndaşı saxlanılıb
Digər ölkələr