Boliviyada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 17 yanvar, 2024
  • 02:55
Boliviyada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Boliviyanın Patakamaya şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, 29 nəfər yaralanıb.

“Report” “El Deber” qəzetinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Polis bildirib ki, həmkarlar ittifaqına məxsus avtobus La-Pas-Oruro şosesində kiçik yük maşını ilə toqquşub.

Yaralıları xəstəxanaya qaldırıblar, hadisənin səbəbləri hələlik bəlli deyil.