BMT-nin keçmiş qərargahı PUA tərəfindən hücuma məruz qalıb
Digər ölkələr
- 08 mart, 2026
- 05:47
İraqın Süleymaniyyə şəhərindəki keçmiş BMT qərargahı son bir saat ərzində iki dəfə pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat yayıb.
Şəhər təhlükəsizlik rəsmilərinin məlumatına görə, Süleymaniyyənin mərkəzindəki "Titanik" otelinin yaxınlığındakı BMT obyektinə PUA ilə hücum olunub. Təxminən 40 dəqiqə sonra başqa bir pilotsuz təyyarə eyni binanı hədəf alıb.
Bildirilib ki, iki hücum nəticəsində hər hansı maddi ziyanı və ya mümkün itkiləri müəyyən etmək üçün hələ tezdir.
Təcili yardım xidmətləri və şəhər polisi hadisə yerində işləyir. Əvvəllər BMT-nin Süleymaniyyədəki ofisi kimi fəaliyyət göstərən binaya edilən hücumun səbəbləri ilə bağlı araşdırma başlanıb.
Son xəbərlər
20:25
İran və Ermənistanın XİN başçılarının müavinləri regional məsələləri müzakirə ediblər
Region20:24
Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə20:17
Foto
Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb
Region20:15
Baş məşqçi: "Ordu" Avrokuboklarda mübarizə aparacaq
Komanda20:13
Ağdamda gənc traktor aqreqatının altında qalaraq ölüb
Hadisə20:04
Azərbaycan rəsmiləri Meksikada səfərdədir
Xarici siyasət19:59
Xırdalanda maşınla vurulan 9 yaşlı uşaq xəstəxanada ölüb
Hadisə19:55
İranda 50 gündür internet yoxdur
Region19:36