Blinken: Ukraynanın NATO-ya qəbulu təhlükəsizlik üzrə bir sıra sazişlə dəstəklənəcək

Blinken: Ukraynanın NATO-ya qəbulu təhlükəsizlik üzrə bir sıra sazişlə dəstəklənəcək Ukraynanın NATO-ya qəbulu prosesi Kiyev üçün 10 il müddətinə bir sıra ikitərəfli, o cümlədən ABŞ ilə təhlükəsizlik sazişləri ilə dəstəklənəcək.
Digər ölkələr
14 May , 2024 22:36
Blinken: Ukraynanın NATO-ya qəbulu təhlükəsizlik üzrə bir sıra sazişlə dəstəklənəcək

Ukraynanın NATO-ya qəbulu prosesi Kiyev üçün 10 il müddətinə bir sıra ikitərəfli, o cümlədən ABŞ ilə təhlükəsizlik sazişləri ilə dəstəklənəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken Kiyev Politexnik İnstitutunda çıxışı zamanı bildirib.

“İyulda Vaşinqtonda sammit keçirən zaman ​​Ukraynanı NATO-ya inteqrasiyası ilə bağlı davamlı islahatları dəstəkləməklə, güclü Ukrayna ordusunun qurulmasında alyansın rolunu artırmaq üçün nəzərəçarpacaq addımlar atacağıq. Ukraynanın NATO-ya körpüsü isə bir-birini tamamlayan ikitərəfli təhlükəsizlik sazişləri ilə möhkəmlənəcək. Hazırda 32 ölkə Ukrayna ilə bu sazişlər üzrə danışıqlar aparır, onlardan 9-u artıq tamamlanıb”, - Blinken deyib.

O, həmçinin əlavə edib ki, 10 illik razılaşmaya əsasən, ABŞ bir sıra kritik sahələrdə Ukraynanın müdafiəsi və təhlükəsizliyini dəstəkləyəcək.

Son xəbərlər

Orphus sistemi