ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılması ölkəyə Ukraynadakı vəziyyət da daxil olmaqla, qlobal problemlər üçün resursları cəmləşdirməyə imkan yaradır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı deyib.
“Rusiya-Ukrayna münaqişəsindən tutmuş Çindən gələn çoxsaylı çağırışlara və dünyanın bir çox digər problemlərinə qədər ehtiyatlarımızı yenidən cəmləşdirə bildik”, - Blinken bildirib.
Xatırladaq ki, Cozef Bayden 2021-ci il aprelin 14-də Əfqanıstanda Amerika tarixində ən uzunmüddətli xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqlayıb. ABŞ 2021-ci ilin yazında qüvvələrini geri çəkmək niyyətində olduğunu elan etdikdən sonra “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirmək üçün geniş əməliyyata start verib. 2021-ci il avqustun 15-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədən qaçıb və beləliklə, “Taliban” paytaxt Kabilə girərkən müqavimətlə qarşılaşmayıb. 2021-ci ilin sentyabr ayının əvvəlində ABŞ ordusu Əfqanıstanı tamamilə tərk edərək bu ölkədəki 20 illik mövcudluğuna son qoyub.