Berlin aeroportunun işi drona görə müvəqqəti dayanıb
Digər ölkələr
- 01 noyabr, 2025
- 03:46
Almaniyada Berlin-Brandenburq Beynəlxalq Hava Limanının (BER) işi oktyabrın 31-də axşam naməlum dronun görünməsi səbəbindən müvəqqəti dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, bir çox uçuşlar digər hava limanlarına yönləndirilib. Bundan əlavə, uçuş və eniş zamanı da gecikmələr müşahidə olunub. Xüsusən Bazel, Oslo və Barselonaya uçuşlar təxirə salınıb. London, Birmingem, Mançester, Stokholm, Helsinki və Antalyadan uçuşlar digər hava limanlarına yönləndirilib.
Brandenburq polis sözçüsü ilkin məlumata əsaslanaraq bildirib ki, şahidlərdən biri hava limanının yaxınlığında dron olduğunu bildirib. Patrul maşının heyəti də dronu görüb. Lakin dronun yerini müəyyən etmək mümkün olmayıb.
Son xəbərlər
20:05
Azərbaycanın basketbol üzrə U-18 yığması Çempionlar Liqasında iştirak edəcək
Komanda19:58
Foto
Adil Kərimli Hacıqabul rayonunda vətəndaşları qəbul edib
Daxili siyasət19:58
Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır
Region19:42
Əraqçi: İran enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək
Region19:39
Foto
İrandan 60 nəfər Azərbaycana təxliyə edilib – YENİLƏNİB-2
Daxili siyasət19:33
Vaqif Sadıqov: Azərbaycan Avropa ilə Asiyanı birləşdirən aviasiya dəhlizinə çevrilib
Xarici siyasət19:29
Foto
"İstedadların seçimi" turnirinin II turunda 8 çəkidə mükafatçılar müəyyənləşib
Fərdi19:22
Pezeşkian: Dağıdılmış hər şeyi bərpa edəcəyik
Region19:08