BƏƏ və Çin birgə AES tikə bilərlər

BƏƏ və Çin birgə AES tikə bilərlər Birləşmiş Ərəb Əmirlikləri və Çin nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır və Atom Elektrik Stansiyalarının birgə tikintisi imkanlarını nəzərdən keçirmək niyyətindədir.
Digər ölkələr
3 İyun , 2024 03:43
BƏƏ və Çin birgə AES tikə bilərlər

Birləşmiş Ərəb Əmirlikləri və Çin nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır və Atom Elektrik Stansiyalarının birgə tikintisi imkanlarını nəzərdən keçirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Pekinə səfərindən sonra “WAM” agentliyinin dərc etdiyi iki ölkənin bəyanatında deyilir.

Vurğulanıb ki, hər iki tərəf davamlı inkişafın təşviqində, enerji təhlükəsizliyinin təmin edilməsində və ətraf mühitin qorunmasında mühüm rol oynadığı üçün nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığı genişləndirmək öhdəliyini, Atom Elektrik Stansiyalarının tikintisi də daxil olmaqla, birgə layihələrin həyata keçirilməsi yollarını müzakirə etmək, habelə dinc nüvə texnologiyaları sahəsində tədqiqatların, təkmilləşdirmələrin və təcrübə mübadiləsinin fəallaşdırılması niyyətlərini təsdiqləyiblər.

İki ölkə liderləri həmçinin karbohidrogen istehsalı və bərpa olunan mənbələrdən enerji istehsalı sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Bəyanatda qeyd olunub ki, BƏƏ və Çin davamlı şəkildə neft və qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli kimi hasilat proseslərində koordinasiyanı təkmilləşdirmək üçün iki ölkənin şirkətlərini təşviq və dəstəkləməyə davam edəcəklər.

Son xəbərlər

Orphus sistemi