Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiya paketini imzalayıb

Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiya paketini imzalayıb Şimali Koreyaya qarşı növbəti sanksiyalar tətbiq olunub
Digər ölkələr
2 Yanvar , 2015 23:59
Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiya paketini imzalayıb

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiya paketi imzalayıb.

"Report"-un xəbərinə görə, 3 şirkət ve 10 koreyalı məmurun daxil edildiyi yeni sanksiya paketi Sony Pictures şirkətinin serverlərinin dağıdılmasına cavab olaraq hazırlanıb.

ABŞ rəsmiləri, Şimali Koreyanın kiberhücum ilə əlaqəsi olduğunu müəyyən etmişdi.

Sony Pictures Entertainment şirkətinin saytına haker hücumu noyabrın 24-də həyata keçirilib. Nəticədə 47 min işçinin şəxsi məlumatları silinmişdi.

Premyerası dekabrın 25-nə baş tutan “Müsahibə” filmi Şimali Koreyanın sərt reaksiyasına səbəb olmuşdu. Bunu “ölkənin ali rəhbərliyinə təhqir” və “hərbi aksiya” adlandıran Pxenyan ABŞ hökumətinin filmin işıq üzü görməsinə kömək etməyəcəyi təqdirdə “qətiyyətli cavab tədbirləri”nin görüləcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi