Avstraliyanın ticarət naziri: "Aİ ilə ticarət danışıqlarında irəliləyiş yoxdur"

Digər ölkələr
  • 30 oktyabr, 2023
  • 03:31
Avstraliyanın ticarət naziri: Aİ ilə ticarət danışıqlarında irəliləyiş yoxdur

Avropa İttifaqı ilə ticarət danışıqlarında irəliləyiş yoxdur.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın ticarət naziri Don Farrell bildirib.

"Ümid edirəm ki, bir gün biz həm Avstraliyaya, həm də avropalı dostlarımıza fayda verəcək bir müqavilə imzalayacağıq", - nazir deyib.

Qeyd edək ki, Avstraliya və Aİ arasında ticarət sazişi üzrə danışıqlar təşkilatın ticarət adları və etiketləmə ilə bağlı mövqeyinə görə dayanıb. Uzun müzakirələrə baxmayaraq, tərəflər avstraliyalı istehsalçıların öz ticarət nişanlarından istifadə etməklə Avropa bazarına çıxmaq hüququ ilə bağlı razılığa gələ bilməyiblər. Mübahisə 172 məhsul və 236 spirtli içkinin adından qaynaqlanır. Ən qızğın müzakirələrə pendirlərin və köpüklü şərabların adlarının dəyişdirilməsi çağırışları səbəb olub.