Avstraliyada ABŞ tankı qəza törədib, xəsarət alanlar var

Digər ölkələr
  • 19 iyul, 2023
  • 11:22
Avstraliyada ABŞ tankı qəza törədib, xəsarət alanlar var

Avstraliyada ABŞ-ın “Abrams” tankının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.

Bildirilir ki, üzərində “Abrams” tankının olduğu yarımqoşqu da daxil olmaqla 7 avtomobilin toqquşması nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

“Polis hadisə yerinə gələndə 3 avtomobil yanmışdı, digər 4 avtomobilə isə ciddi ziyan dəyib”, - telekanal bildirib.

Avstraliyanın müdafiə naziri Riçard Marlz ABŞ tankının yük maşını ilə Qladston limanından Şouluoter Bey hərbi poliqonuna aparıldığını qeyd edib.

Ekspertlər araşdırma aparır, qəzanın səbəbi hələlik məlum deyil.