ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yanvarın 9-da Kişineuya rəsmi səfər edəcək.
“Report” Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə XİN-in mətbuat xidməti məlumat yayıb.
"Finlandiyanın xarici işlər naziri Elina Valtonen yanvarın 9-da ATƏT-in fəaliyyətdə olan sədri qismində Moldovaya rəsmi səfər edəcək. Müzakirələr zamanı əsas diqqət Moldovanın dayanıqlılığı və sabitliyinin gücləndirilməsində ATƏT-in roluna, Dnestryanı münaqişənin həlli prosesinə, o cümlədən regional təhlükəsizlik məsələlərinə yönəldiləcək", - məlumatda qeyd olunub.
Həmçinin ikitərəfli gündəliyin prioritetlərinin və Moldova-Finlandiya dialoqunun intensivləşdirilməsi yollarının müzakirəsi planlaşdırılır.
Valtonenin səfər proqramına moldovalı həmkarı Mixay Popşoy, baş nazir Dorin Reçan və reinteqrasiya üzrə baş nazirin müavini Oleq Serebryan ilə görüşlər daxildir.