Argentinada yoluxma sayı rekord həddə çatdı
Digər ölkələr
- 09 aprel, 2021
- 02:34
Argentinada ötən gün ərzində aşkar edilən yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 23 683 nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.
“Report”un məlumatına görə, bunu hökumətin saytında yerləşdirilən məlumatlar göstərir.
Ardıcıl üç gündür ölkədə aşkarlanan yoluxmaların sayı 20 mindən çoxdur. Belə ki, 6 apreldə 20 870, 7 apreldə isə 22 039 nəfərdə koronavirus aşkarlanıb.
Son sutkada infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 290 nəfər olub.
Ən çox yoluxma paytaxt Buenos-Ayresdə qeydə alınıb. Son 24 saat ərzində 2 364 şəhər sakininin koronavirus testi müsbət olub. Beləliklə, Argentinada pandemiya başlayandan bəri 2 473 751 nəfər virusa yoluxub və 571 22 pasiyent ölüb.
Son xəbərlər
17:52
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
Futbol17:50
Ferstappen Niderland Qran-prisindəki yarışda bolidini qəzaya uğradıb
Formula 117:40
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb – YENİLƏNİB
Region17:16
İlham Əliyev Özbəkistan Prezidentinin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib
Xarici siyasət17:05
İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırıb
Xarici siyasət17:03
Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb
Xarici siyasət17:01
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Xarici siyasət16:57
Video
Azərbaycanla Özbəkistanın ikitərəfli layihələrinə həsr olunmuş videoçarx nümayiş olunub
İqtisadiyyat16:54