Aİ Suriyaya təcili yardımların çatdırılması üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır

Aİ Suriyaya təcili yardımların çatdırılması üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır Aİ Suriyaya təcili yardımların çatdırılması və humanitar maliyyənin artırılması üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır.
Digər ölkələr
16 Dekabr , 2024 13:05
Aİ Suriyaya təcili yardımların çatdırılması üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır

Avropa İttifaqı Suriyaya təcili yardımların çatdırılması və humanitar maliyyənin artırılması üçün Humanitar Hava Körpüsü əməliyyatına başlayır.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

"Avropa Komissiyası Suriyada həssas əhali qrupuna təcili tibbi yardım və digər zəruri ləvazimatları çatdırmaq, habelə humanitar maliyyəni artırmaq üçün yeni Humanitar Hava Körpüsünün salınması istiqamətində başlayır", - məlumatda qeyd olunub.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Əsəd rejiminin süqutu Suriya xalqı üçün yeni ümid yaradır, ancaq bu dəyişiklik özündə müəyyən risklər də daşıyır:

"Yerdəki vəziyyətin bu qədər qeyri-sabit olduğu bir vaxtda Suriya xalqına yardımımız olduqca vacibdir. Buna görə də bu il üçün humanitar yardımın məbləği 160 milyon avrodan yuxarı qaldırılıb. Biz həmçinin qida, dərman və sığınacaq kimi həyati vacib ləvazimatları daşıyan humanitar hava körpüsünü işə salırıq".

Ursula fon der Lyayen çərşənbə axşamı Suriya məsələsini Türkiyə prezidenti ilə də müzakirə edəcəyini vurğulayıb:

"Mən çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə humanitar yardımın çatdırılmasını müzakirə edəcəyəm. Biz Suriya xalqının yanındayıq”.

Məlumatda o da diqqətə çatdırılıb ki, yaxın günlərdə Aİ-nin Dubaydakı anbarlarından 50 ton sağlamlıq ləvazimat sərhəddən paylanılması üçün Türkiyənin Adana şəhərinə daşınacaq. Aİ-nin Danimarkadakı başqa bir anbarından isə Adanaya 46 ton məhsul daşınacaq və Suriya daxilində paylanması üçün UNICEF və Ümumdünya Səhiyyə Təşkilatına veriləcək.

Xatırladaq ki, Avropa Komissiyasının 2024-cü ildə Suriyaya göstərdiyi humanitar yardımının məbləği ümumilikdə 163 milyon avro olub. Son 13 il ərzində isə Aİ və üzv dövlətlər həm ölkə daxilində, həm də regionda suriyalıları dəstəkləmək 33,3 milyard avrodan çox maliyyə səfərbər edib.

Son xəbərlər

Orphus sistemi