ABŞ və Kanada arasındakı körpüdə partlayış olub, ölənlər var

ABŞ və Kanada arasındakı körpüdə partlayış olub, ölənlər var Nyu Yorkda ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb.
Digər ölkələr
22 Noyabr , 2023 23:07
ABŞ və Kanada arasındakı körpüdə partlayış olub, ölənlər var

Nyu-Yorkda ABŞ və Kanadanı birləşdirən Niaqara şəlaləsi üzərindəki körpü Amerika tərəfində baş verən partlayışdan sonra bağlanıb, ölənlər var.

“Report” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Qeyd edilir ki, körpü ABŞ-a gedən avtomobilin iştirakı ilə baş verən insident səbəbindən hər iki istiqamətdə bağlanıb. İnsident Nyu-Yorka gedən “Mercedes Benz” markalı avtomobildə baş verib.

Həmçinin bildirilir ki, hadisə zamanı avtomobildə azı bir nəfər olub, o, partlayışdan əvvəl saxlanılıb.

Nyu-York qubernatoru Keti Xoukul vəziyyəti yaxından izlədiyini söyləyib. Digər mətbuat orqanları isə bildiriblər ki, hadisə zamanı azı 2 nəfər ölüb. Onların avtomobilin sərnişinləri olduqları bidirilir.

ABŞ-ın Federal Təhqiqat Bürosu hadisə yerində bomba yüklü avtomobillə bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi