ABŞ oktyabrın 20-də Kolumbiyaya qarşı rüsumların artırılacağını elan edəcək
Digər ölkələr
- 20 oktyabr, 2025
- 08:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ oktyabrın 20-də Kolumbiya məhsullarına gömrük rüsumlarının artırılacağını elan etmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə ABŞ lideri Donald Tramp jurnalistlərə bildirib.
Tramp belə planlarının olub-olmadığı barədə suala cavab verib.
"Sabah (20 oktyabr - red.) sizə məlumat verəcəyəm", - yeni tarif dərəcəsinin nə olacağından danışarkən o əlavə edib.
Daha əvvəl Tramp Kolumbiya Prezidenti Qustavo Petronu narkotik istehsalını təşviqdə ittiham edib, həmçinin bu ölkəyə maliyyə dəstəyini dayandıracaqlarını bildirib. Tramp vurğulayıb ki, əgər Kolumbiya hakimiyyəti narkotik istehsalına qarşı mübarizəni gücləndirməsə, ABŞ bu ölkəyə qarşı güc tədbirləri həyata keçirə bilər.
Son xəbərlər
13:37
Azərbaycan–NATO əməkdaşlığının yeni modellərinin inkişaf etdirilməsi müzakirə olunub
Xarici siyasət
13:36
Uqo Lyoris 1000 rəsmi oyun həddini keçən ilk fransalı futbolçu olub
Futbol
13:35
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib
Digər
13:31
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
Digər
13:29
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub
Digər
13:24
Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək
Elm və təhsil
13:16
Nazir: Bolqarıstan Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət
13:11
Kaya Kallas: Avropa İttifaqı Rusiyadan güzəştlər əldə etməyə çalışmalıdır
Digər ölkələr
13:10
"Birbank" hərbçilər üçün nağd kreditdə 5 %-dək güzəşt təqdim edir
Maliyyə