ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib

Digər ölkələr
  • 05 dekabr, 2025
  • 04:16
ABŞ Karib dənizində HDQ-ni daha bir raket esminesi ilə gücləndirib

ABŞ-nin raket esminesi "USS Thomas Hudner" Cənub Komandanlığının (SOUTHCOM) Karib dənizindəki hərbi qüvvələrinə əlavə olunub.

"Report"un məlumatına görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İnstitutunun informasiya xidməti HDQ-nin nümayəndəsinə istinadən xəbər verib.

"USS Thomas Hudner" döyüşə və heyətimiz ölkəmizin bizə verdiyi tapşırığı yerinə yetirməyə hazırdır", - kapitan Devid Kuk bildirib.

Gəmi Florida ştatının Meyport şəhərindən yola düşüb. Hazırda Karib dənizində Venesuela yaxınlığında ABŞ-nin heyətində USS Gerald Ford təyyarə gəmisi olan Hərbi Dəniz Qüvvələrinin gəmi qrupu, iki kreyser və beş esmines, habelə göyərtəsində 3 min dəniz piyadası olan üç böyük desant gəmisindən ibarət amfibiya-desant qrupu cəmləşib.

Bütün kreyserlər və esmineslər qanadlı "Tomahawk" raketləri ilə təchiz olunub. Təyyarədaşıyan gəmidə 48 ədəd "F/A-18E Super Hornet" qırıcı təyyarəsi var. ABŞ-nin Puerto Rikodakı ərazisindəki aerodromda on ədəd beşinci nəsil F-35B qırıcı təyyarəsi də yerləşdirilib.

"The New York Times" qəzetinin məlumatına görə, gəmilər Venesuela sahillərindən 110-160 km məsafədədir.

Son xəbərlər

Bütün Xəbər Lenti