Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Dəniz Qüvvələri (HDQ) dünyanın ən böyüyünə çevrilib.
“Report” xəbrə verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Çinin hərbi gücü haqqında növbəti illik məruzəsində qeyd olunub. Hesabat ABŞ Konqresinə təqdim edilib.
“Kəmiyyət baxımından Çin dünyanın ən böyük hərbi donanmasına malikdir. Onun döyüş tərkibinə 370-dən çox gəmi və sualtı qayıq, o cümlədən 140-dan çox iri suüstü döyüş sistemi daxildir”, – məruzəni hazırlayanlar yazıb.
Onların sözlərinə görə, Çin gəmiqayırma sahəsində bütün ehtiyaclarını ödəmək baxımından “demək olar ki, özünü təmin edən” ölkəyə çevrilib.
Sənəddə həmçinin qeyd olunub ki, Pekin hərbi ehtiyaclar üçün açıq şəkildə etiraf etdiyindən “40-90 % çox” xərcləyir. Eyni zamanda, 14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Məclisinin (parlament) 2-ci sessiyasının açılışında martda təqdim olunan 2024-cü il üçün büdcə layihəsində qeyd olunub ki, Pekin müdafiə xərclərini 7,2 % artıracaq. Beləliklə, cari il üçün hərbi büdcə layihəsi 1,665 trilyon yuan (təxminən 230 milyard dollar) həcmində tərtib edilib.