ABŞ Macarıstanın Baş nazirinin Aparat rəhbərinə sanksiyalar tətbiq edir

ABŞ Macarıstanın Baş nazirinin Aparat rəhbərinə sanksiyalar tətbiq edir ABŞ administrasiyası Macarıstanın Baş nazirinin departament rəhbəri Antal Roqana qarşı sanksiyalar tətbiq edir.
Digər ölkələr
8 Yanvar , 2025 02:48
ABŞ Macarıstanın Baş nazirinin Aparat rəhbərinə sanksiyalar tətbiq edir

ABŞ administrasiyası Macarıstanın Baş nazirinin Aparat rəhbəri Antal Roqana qarşı sanksiyalar tətbiq edir.

"Report"un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti və Birləşmiş Ştatların Maliyyə Nazirliyinin birgə məlumatında qeyd olunub.

Onların iddasına görə, Macarıstanın bu yüksək rütbəli dövlət məmuru korrupsiya ilə məşğuldur.

“Katib Roqan Macarıstanda ona və onun partiyasına macar xalqı hesabına fayda əldə etməyə imkan verən sistemin yaradılmasında mərkəzi rol oynayıb”, - ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

ABŞ maliyyə nazirinin müavini Bredli Smit əlavə edib ki, rəsmi Vaşinqton Roqan kimi şəxslərə qarşı tədbir görməkdən çəkinməyəcək.

Terrorçuluğa qarşı mübarizə və maliyyə kəşfiyyatına nəzarət edən Smitin sözlərinə görə, Roqan səlahiyyətlərindən ölkəsi və həmvətənlər hesabına öz yaxınları ilə qeyri-qanuni gəlir qazanmaq üçün istifadə edir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Roqan Macarıstanda dövlət müqavilələrinin və resurslarının yaxın adamlarının maraqları naminə paylanması sisteminin, eləcə də hakim partiya “FİDES – Macarıstan Vətəndaş Birliyi”nin qurulmasında iştirak edir.

Son xəbərlər

Orphus sistemi