ABŞ Konqresi Venesuelada güc tətbiqini yasaqlayan qətnaməni qəbul etməyib
Digər ölkələr
- 23 yanvar, 2026
- 04:24
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın administrasiyasına Venesuelaya qarşı ali qanunverici orqanın təsdiqi olmadan hərbi güc tətbiq etməmək tələbi ilə bağlı birgə qətnaməni rədd edib.
"Report"un məlumatına görə, qətnamə üzrə 215 konqresmen lehinə, 215 nəfər isə əleyhinə səs verib.
Sənəd səs çoxluğu qazana bilmədiyi üçün qəbul edilməyib.
Ötən həftə senat da analoji qətnaməni bloklayıb. Sənədi 50 senator dəstəkləyib, eyni sayda senator isə əleyhinə səs verib. ABŞ-nin vitse-prezidenti senata sədrlik etdiyi üçün Cey Di Vens konstitusiyaya əsasən öz səsvermə hüququndan istifadə edib.
Birgə qətnamənin qanun qüvvəsi alması üçün konqresin hər iki palatası və prezident tərəfindən təsdiqlənməsi tələb olunur.
Son xəbərlər
12:34
Azərbaycan xurma ixracından gəlirini 16 %-ə yaxın artırıb
İqtisadiyyat12:33
"Barselona"nın maraqlandığı müdafiəçilər açıqlanıb
Futbol12:27
Azərbaycanda dilçi tədqiqatçılar və media üçün olimpiadaların təşkili təklif olunub
Elm və təhsil12:14
Atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Fərdi12:08
Azərbaycanda üztanıma texnologiyaları iqtisadi zonalarda tətbiq oluna bilər
İKT12:07
"Baku Sportinq"in baş məşqçisi: "Çempionluq uğrunda mübarizə son turlara qədər davam edəcək"
Futbol12:06
Foto
TÜRKPA ATƏT Nazirlər Şurasının toplantısında iştirak edə bilər
Xarici siyasət12:03
Azərbaycan neftinin qiyməti 69 dollardan aşağı düşüb
Energetika12:02