ABŞ kəşfiyyatı 2024-cü il seçkilərinə heç bir müdaxilə cəhdini qeydə almayıb

ABŞ kəşfiyyatı 2024-cü il seçkilərinə heç bir müdaxilə cəhdini qeydə almayıb Amerika kəşfiyyatı 2024-cü il ABŞ seçkilərinə xaricdən müdaxilə cəhdlərini qeydə almayıb.
Digər ölkələr
7 Sentyabr , 2024 00:49
ABŞ kəşfiyyatı 2024-cü il seçkilərinə heç bir müdaxilə cəhdini qeydə almayıb

Amerika kəşfiyyatı 2024-cü il ABŞ seçkilərinə xaricdən müdaxilə cəhdlərini qeydə almayıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisinin nümayəndəsi məlumat verib.

Rəsmi şəxs izah edib ki, kəşfiyyat seçkiyə müdaxiləni ABŞ-ın seçki keçirmək qabiliyyətini zəiflətmək və ya pozmaq cəhdləri kimi qəbul edir. Onun iddiasına görə, Rusiya, İran və Çin də daxil olmaqla bir neçə dövlət guya Amerika seçkilərinin nəticələrinə təsir etmək istəyirlər:

“Rusiya, İran və Çin öz maraqları naminə müxtəlif dərəcədə Amerika cəmiyyətində parçalanmaları gücləndirməyə çalışırlar. Kəşfiyyat ictimaiyyəti Rusiyanı builki ABŞ seçkilərinə təsir etmək üçün ən görünən və aktiv xarici təhlükə kimi görməkdə davam edir”.

Son xəbərlər

Orphus sistemi