ABŞ ordusu hava hücumundan müdafiə və raket sistemlərini, eləcə də helikopterləri modernləşdirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Vaşinqtonda keçirilən konfransda Quru qoşunları komandanı Kristin Uormut deyib.
"Dünya getdikcə qeyri-sabit olmağa davam edir, lakin ABŞ ordusunun transformasiyası bir neçə sahədə öz bəhrəsini verir. Birincisi, biz silah sistemlərimizi dəyişirik və köhnəlmiş silahları yeniləri ilə əvəz edirik. Hərbçilərin uzaq məsafədən döyüş meydanına daha sürətli çatdırılması üçün helikopterlər də modernləşdirilir”, - o qeyd edib.
Onun sözlərinə görə, 2025-ci ildə ABŞ ordu üçün ən son uzaqmənzilli tiltrotorun prototiplərini yaratmağa başlayacaq.
Bununla yanaşı, Quru qoşunları komandanı “Tomahawk” və SM6 raketlərinin buraxılmasına imkan verən MRC sistemlərindən də danışıb.