ABŞ-də 35 il öncə törədilmiş qətlin üstü açılıb

ABŞ-də 35 il öncə törədilmiş qətlin üstü açılıb 1989-cu ildə ABŞ-nin Missuri ştatında törədilmiş qətlin üstün açılıb. Bu, 35 il aradan sonra cinayət barədə məlumat vermiş şəxsin sayəsində mümkün olub.
Digər ölkələr
22 Fevral , 2024 22:39
ABŞ-də 35 il öncə törədilmiş qətlin üstü açılıb

1989-cu ildə ABŞ-nin Missuri ştatında törədilmiş qətlin üstün açılıb. Bu, 35 il aradan sonra cinayət barədə məlumat vermiş şəxsin sayəsində mümkün olub.

“Report” “Assosiated Press”ə istinadən xəbər verir ki, bu barədə ştatın Duqlas dairəsinin şerifi Kris Degeys bildirib.

Duqlasın rəhbərliyi çərşənbə günü üç nəfərin həbs olunduğunu və onların 1989-cu ildə 24 yaşlı Kelle Enn Uorkmanın öldürülməsində birinci dərəcəli qətl, zorlama və birinci dərəcəli insan oğurluğunda ittiham olunduqlarını açıqlayıb. Məhkəmə sənədlərinə görə, həbs olunmuş şəxslərin hələ də vəkilləri yoxdur.

Agentlik qeyd edib ki, Uorkman sonuncu dəfə 1989-cu ilin iyunun 30-da kənd qəbiristanlığında ot biçərkən görülüb. Onun meyiti bir həftə sonra 16 km uzaqlıqdakı kiçik çayda tapılıb.

“Düşünürəm ki, biz Kelleyə bir qədər ədalət verə bilirik”, – şerif Degeys mətbuat konfransında söyləyib.

Eyni zamanda, bölgənin prokuroru Metyu Uezerman məlumat vermiş şəxsin bilgisinin etibarlı olduğunu vurğulayıb.

Bu işdə əmin olub-olmaması barədə verilmiş suala isə dövlət ittihamçısı belə cavab verib: “Bu, 1989-cu ilin işi üçün mümkün ola biləcək ən yaxşısıdır”.

Son xəbərlər

Orphus sistemi