ABŞ-da Trampa güllə atan şəxslə ekstremistlər arasında heç bir əlaqə tapılmayıb

Digər ölkələr
  • 14 iyul, 2024
  • 17:45
ABŞ-da Trampa güllə atan şəxslə ekstremistlər arasında heç bir əlaqə tapılmayıb

Müstəntiqlər hələ ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa güllə atan şəxslə ekstremist təşkilatlar arasında əlaqə aşkar etməyiblər.

“Report” xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Qeyd olunub ki, müstəntiqlər hələ də şübhəli ilə ekstremist təşkilatlar və ya şəxslər arasında əlaqə axtarır, atəş açanın telefonundan məlumatları öyrənirlər.

Bundan əvvəl Trampa hücumda şübhəli bilinən şəxsin evində bomba hazırlamaq üçün materiallar tapılmışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti