Türkiyədəki Azərbaycan diasporunun jurnalı çap edilib

Türkiyədəki Azərbaycan diasporunun jurnalı çap edilib Jurnal Türkiyə türkcəsində 3 ayda 1 dəfə nəşr olunacaq
Diaspor
31 Mart , 2017 12:33
Türkiyədəki Azərbaycan diasporunun jurnalı çap edilib

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin mətbu orqanı – “Üç çizgi” jurnalının ilk sayı çapdan çıxıb. 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, jurnalın təsisçisi Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, redaktoru Rza Mammadov və mətbuat müdiri Aygün Öztürkdür.

"Üç çizgi" jurnalı Azərbaycan Respublikasının dövlət bayrağındakı Azərbaycan xalqının türk mənşəli olmasını, müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini və islam sivilizasiyasına mənsubluğunu ifadə edən üç üfüqi zolağın şərəfinə belə adlanır.

Jurnalda oxuculara Azərbaycan, Türkiyə, o cümlədən digər ölkələrdən təqdim olunan elmi məqalələr, reportajlar, tarixi-elmi araşdırmalar və qısa hekayələr yer alacaq.

Jurnalda çap olunmaq istəyənlər öz yazılarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Jurnal Türkiyə türkcəsində 3 ayda 1 dəfə nəşr olunacaq.  

Son xəbərlər

Orphus sistemi