YAP deputatın polisi döyməsinə münasibət bildirib

YAP deputatın polisi döyməsinə münasibət bildirib Baş vermiş hadisədən təssüf hissi keçiririk. Faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək.
Daxili siyasət
1078
30 İyul , 2021 14:54
YAP deputatın polisi döyməsinə münasibət bildirib
0 : 00
0 : 00

Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.

"Report"un sorğusuna cavab olaraq bildirilib ki, partiya baş vermiş hadisədən təəssüf hissi keçirir.

"Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb, məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək", - partiyadan vurğulanıb.

Xatırladaq ki, insident iyulun 29-da gecə saat 12-dən sonra Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. E.Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi