Rafael Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Rafael Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Daxili siyasət
10 aprel 2025 10:09
Rafael Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Rafael Qvaladze

Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. 

Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.  

O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 

Məhkəmə Hüquq Şurasının üzvüdür.

Orphus sistemi