Qərbi Azərbaycan Xronikası: “İndiki Ermənistanda azərbaycanlılar  daim basqıya məruz qalıb”

Qərbi Azərbaycan Xronikası: “İndiki Ermənistanda azərbaycanlılar  daim basqıya məruz qalıb” Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.
Daxili siyasət
15 May , 2023 19:53
Qərbi Azərbaycan Xronikası: “İndiki Ermənistanda azərbaycanlılar  daim basqıya məruz qalıb”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

“Report” xəbər verir ki, Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin professoru, Folklorşünaslıq elmi tədqiqat lobaratoriyasının müdiri Aslan Bayramov müsahibəsində Qərbi Azərbaycanda ana dilimizin tarixinə, eləcə də dialektologiya, etnonimiya, onomastikasına nəzər salıb.

O, Qərbi Azərbaycanda etnik tərkibin dəyişdirilməsi üçün aparılan siyasətdən danışaraq bildirib ki, Çar Rusiyası 1813-1828-ci illərdə süni surətdə Türkiyə ilə Azərbaycan arasında tampon bölgə yaratmaq üçün ermənilərdən istifadə edib: “Çar hökuməti saxta məxfi xəritələr tərtib edərək yayıb”.

Tədqiqatçı-alim Qərbi Azərvaycanın toponimlərindən, tarixi yer-yurd adlarının ermənilər tərəfindən necə saxtalaşdırıldığından söz açıb: “Ermənilər zaman-zaman 700-800 coğrafi adları rəsmi qaydada dəyişdirib, azərbaycanlılara aid minlərlə toponimi məhv ediblər. Həmin qədim coğrafi adlar bizi doğma yurda daha möhkəm bağlayır. Hazırda bu sahədə aparılan araşdırma, tədqiqat işləri çox faydalıdır və dövlət buna dəstək verir”.

Onun sözlərinə görə, indiki Ermənistanda azərbaycanlılar vaxtilə daim basqıya məruz qalıb.

Professor ermənilərin oğuz torpaqlarında süni kök atmasını sübut edən faktların üzə çıxarılması üçün aparılan araşdırmaların faydalı olduğunu söyləyib.

A.Bayramov müəllifi olduğu "Qədim Oğuz ellərinin - Ağbaba, Şörəyel, Pəmbək bolgələrinin yer-yurd adları", "Oğuz elindən, Ozan dilindən", ”Kitabi Dədə Qorqudda adlar və Qafqaz ərazisində onların toponimləşməsi”, "Ağbaba şivəsi sözlüyü", "Tarixi faciələrimiz: Deportasiya, Repressiya və soyqırımı”, "Azərbaycan onomastikası" kitablarından söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Verilişi Baku TV-nin efirində və Youtube kanalında izləmək mümkündür.

Son xəbərlər

Orphus sistemi