Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir”

Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir” Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.
Daxili siyasət
1 May , 2023 19:34
Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işcisi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının muəllimi, dosent Sahibə Budaqova Qərbi Azərbaycanın demoqrafik vəziyyəti və coğrafi mühitindən bəhs edib.

O, son dövrlərdə Qərbi Azərbaycan haqqında yeni tarixi həqiqətlər üzə çıxdığını bildirərək, ermənilərin etnik təmizləmə, oğuz-türk toponimlərinin məhv edilməsi siyasəti barədə yeni faktlar açıqlayıb: “Zvartnots aeroportu Zəngibasar mahalının yerlə-yeksan edilən Çobənkərə kəndinin yerində tikilib. Ermənilərin milli geyimləri də onların Qafqaza aid olmadıqlarını sübut edir”.

Tarixçi-alim Zəngibasar mahalı, Cobankərə kəndi ilə bağlı xatirələrini bölüşüb, ikinci nəsil Qərbi Azərbaycanlı kimi, doğma yurd-yuvamıza qayıdışın reallığa çevrilməsi üçün aparılan siyasəti qiymətləndirib.

S.Budaqova deyib ki, Ermənistan hakimiyyəti indi ölkədəki demoqrafik vəziyyətdən ciddi şəkildə narahatdır və məhz buna görə onlar azərbaycanlıların doğma yurda qayıdışının təmin olunmasına razılıq vermirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi