Naxçıvanda qarölçmə işlərinə başlanılıb

Naxçıvanda qarölçmə işlərinə başlanılıb Naxçıvanda qarölçmə işlərinə başlanılıb.
Daxili siyasət
11 Mart , 2024 20:32
Naxçıvanda qarölçmə işlərinə başlanılıb

Naxçıvanda qarölçmə işlərinə başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, kütləsi ölçülərək sululuğu və sıxlığı təyin edilir.

Aparılan ölçmələrin ilkin nəticələrinə görə Biləv kəndi-Nəsirvaz çayının mənbəyi marşrutu üzrə qarın hündürlüyü 2050 m yüksəklikdə 10-27 sm, 2530 m yüksəklikdə 42 sm, 2780 m yüksəklikdə isə 55 sm qeydə alınıb. Digər marşrutlar üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 10-dan qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 19-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi