Komitə sədri: Vaxtilə Zəngəzur dəhlizinin açılmasına mane olanlar ölkəmizə gələrək bizə dəstək göstərirlər

Komitə sədri: Vaxtilə Zəngəzur dəhlizinin açılmasına mane olanlar ölkəmizə gələrək bizə dəstək göstərirlər Vaxtı ilə Zəngəzur dəhlizinə, sülhə mane olanlar Azərbaycan Prezidenti İlham Əliyevin Orta Asiya ilə bağlı apardığı siyasətin nəticəsində ölkəmizə gəlib bizə dəstək olurlar.
Daxili siyasət
28 İyun , 2024 11:51
Komitə sədri: Vaxtilə Zəngəzur dəhlizinin açılmasına mane olanlar ölkəmizə gələrək bizə dəstək göstərirlər
Siyavuş Novruzov / Report

Vaxtı ilə Zəngəzur dəhlizinin açılmasına, sülhə mane olanlar Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ilə bağlı apardığı siyasətin nəticəsində ölkəmizə gələrək bizə dəstək olurlar.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası üzrə iyunun 28-də keçirilən sonuncu plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistana silah ötürən və pul yardımı edənlər bu gün Azərbaycanın hüquqlarının konqresdə müdafiə olunmasını tələb edirlər: “Bax budur aparılan sabit, qətiyyətli və dözümlü siyasətin nəticəsi. Budur tərpənən layların yerinə qoyulması. Azərbaycanın müxtəlif ölkələrlə imzaladığı müqavilələr bir daha onu göstərir ki, hələ bunlar düşünənə qədər Azərbaycan Prezidenti artıq bu işləri çoxdan düşünüb”.

Son xəbərlər

Orphus sistemi