Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edilib
Daxili siyasət
- 20 sentyabr, 2024
- 12:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy rayonunda keçirilən vida mərasimi başa çatıb.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Gədəbəy Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Gədəbəy Rayon Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1970-ci il iyunun 1-də anadan olub. O, 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndi (“Çeyl” yüksəkliyi) istiqamətində itkin düşüb.
Son xəbərlər
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda
09:22
Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
Futbol
09:08
ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Digər ölkələr
08:56
Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Digər ölkələr
08:47
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib
Energetika
08:37
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
İKT
08:21
ABŞ-də "PepsiCo" şirkətinin törəmə müəssisəsinin zavodunda partlayış və yanğın olub
Digər ölkələr
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr