Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək
Daxili siyasət
- 16 aprel, 2024
- 11:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Bugünkü püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaq.
Qeyd olunub ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.
Püşkatmada iştirak edən ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
Son xəbərlər
13:08
Vinisius Junior "Real"ın əfsanəvi oyunçusu Ferents Puşkaşın nailiyyətini təkrarlayıb
Futbol
13:00
Tənzilə Narbayeva: Azərbaycanda Özbəkistan sərmayəsi ilə 130-dan çox şirkət qeydiyyatdan keçib
Xarici siyasət
12:50
İspaniya tarixində bir gündə ən yüksək miqrant axını qeydə alınıb
Digər ölkələr
12:46
Foto
Azərbaycan və Litva XİN başçıları arasında geniştərkibli görüş olub - Yenilənib
Xarici siyasət
12:45
Foto
Video
Təhsildən praktikaya, icradan auditə
Biznes
12:43
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
Elm və təhsil
12:42
Azərbaycan Çin şirkəti ilə iki enerji layihəsinin icra vəziyyətini müzakirə edib
Energetika
12:41
Foto
ASA-da idman elmlərinə həsr olunmuş IV Beynəlxalq Elmi-Praktik Konfrans başlayıb
İdman
12:38
Sahibə Qafarova: Azərbaycan-Özbəkistan münasibətlərində parlament əməkdaşlığı mühüm yer tutur
Daxili siyasət