Gədəbəydə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Gədəbəydə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Daxili siyasət
3 Sentyabr , 2024 10:35
Gədəbəydə maye qazdoldurma məntəqəsinin fəaliyyəti  dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Gədəbəy rayonunda təhlükəsizlik qaydaları pozulmuş maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Düzyurd kəndində fəaliyyət göstərən, fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

"Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqəsində 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib. Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surəti sahibkara təqdim edilib", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi