“Azərbaycan heç vaxt hansısa üçüncü tərəflərin təzyiqlərinə boyun əyməyib” - RƏY

“Azərbaycan heç vaxt hansısa üçüncü tərəflərin təzyiqlərinə boyun əyməyib” - RƏY “Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən geniş tərkibdə iclasında Azərbaycan Prezidentinin qonaq qismində iştirakı ölkəmizin regional proseslərə təsir imkanlarının güclü olduğunu göstərir”.
Daxili siyasət
26 May , 2023 19:27
“Azərbaycan heç vaxt hansısa üçüncü tərəflərin təzyiqlərinə boyun əyməyib” - RƏY

“Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən geniş tərkibdə iclasında Azərbaycan Prezidentinin qonaq qismində iştirakı ölkəmizin regional proseslərə təsir imkanlarının güclü olduğunu göstərir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan bu birliyə daxil olan ölkələrlə, Ermənistan istisna olmaqla, çox sıx əlaqələrə malikdir. Bu ölkələrlə ticarət dövriyyəsi həcminin 5 milyard dollara yaxın olduğunu xatırladan millət vəkili vurğulayıb ki, Azərbaycanı beynəlxalq münasibətlər sistemində müxtəlif birliklər və təşkilatlar üçün cəlbedici edən amil yalnız iqtisadi imkanları deyil, həm də tamamilə müstəqil siyasət yürüdən dövlət kimi qəbul edilməsidir.

R.Məmmədov bildirib ki, Azərbaycan indi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, regionun önəmli strateji tranzit-nəqliyyat qovşağı kimi çox ciddi potensiala malikdir:

“Yerləşdiyimiz coğrafi mövqe Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır. Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri qovuşduğu ərazi məhz Azərbaycandır. Son illərdə isə ölkənin nəqliyyat-logistika sahəsində imkanlarını genişləndirmək üçün çox böyük işlər görülüb. Bütün bunlar beynəlxalq münasibətlərdə gərginlik nöqtələrinin çoxaldığı, qlobal güclərin nəinkli siyasi, həm də iqtisadi maraqlarının daha çox toqquşduğu bir dövrdə baş verir. İndi bütün dövlətlər beynəlxalq iqtisadi əlaqələrdə etibarlı tərəfdaşlarla işləməyə can atır. Azərbaycanın cəlbediciliyini artıran əsas məqam da fikrimcə, elə bundan ibarətdir ki, bizim ölkəmiz üzərinə götürdükləri öhdəliklərə hər zaman məsuliyyətlə yanaşıb, heç vaxt hansısa üçüncü tərəflərin təzyiqlərinə boyun əyməyib. İndiki ziddiyyətli, və mürəkkəb şəraitdə dayanıqlı, stabil siyasət yürütmək çox çətindir. Azərbaycan məhz cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində buna müvəffəq ola bilib”.

Deputat vurğulayıb ki, Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələr rəsmi Bakının mövqeyinin kifayət qədər güclü olduğunu bir daha təsdiq etdi. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında dialoq, üçtərəfli görüşün nəticələri göstərir ki, ərazi bütövlüyü məsələsi danışıqlar prosesində əsas prinsip kimi qəbul olunub:

“Bu görüşün nəticəsində hansısa sənədin qəbul olunması gözlənilmirdi. Ermənistan öz ənənəsinə sadiq qalaraq yenə də həlledici məqamda konkret addımlar atmaqdan qaçmağa çalışır. Lakin münasibətlərin normallaşması, həllini gözləyən bir çox məsələlərdə irəliləyişin əldə edilməsi daha çox Ermənistana lazımdır. Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ümumilikdə regionda da bir çox müsbət dəyişikliklər üçün təkan olacaq. Region deyərkən, yalnız Cənubi Qafqaz deyil, daha geniş coğrafiya nəzərdə tutulur. Dünyanın siyasi mənzərəsini müəyyən edən bir çox ölkələrin paytaxtlarından səslənən bəyanatlar göstərir ki, artıq hər kəs, bunun üçün ən uyğun zaman olduğunu, davamlı sülhə nail olmağın vaxtının yetişdiyini başa düşür. Yəni, dünya tamamilə başqa qayğılarla yaşayır, Ermənistan rəhbərliyi isə hələ də beynəlxalq terminologiyanı sonadək öyrənməklə məşğuldur”.

Son xəbərlər

Orphus sistemi