Ali Məhkəmənin keçmiş hakiminə Konstitusiya Məhkəməsində vəzifə verilib
Daxili siyasət
- 10 dekabr, 2025
- 14:43
Ali Məhkəmənin keçmiş hakimi Tahir Kazımov Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Tahir Lələkişi oğlu Kazımov 7 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. 1981-ci ildən prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, rayon prokuroru, Baş Prokurorluqda idarə rəisinin müavini, idarə rəisi vəzifələrində işləyib.
2017-ci il 30 iyun tarixindən Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub. Bu ilin sentyabr ayında Ali Məhkəmədən təqaüdə göndərilib.
T.Kazımov 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir.
Son xəbərlər
17:04
Kaxaber Sxadadze: "Çox qol vurduğumuza görə şadıq"
Futbol16:53
KİV: Bundesver hərbi qulluqçularına qəfil Qrenlandiyanı tərk etmək əmri verilib
Digər ölkələr16:48
Azərbaycan Basketbol Liqası: "Sabah" "Şəki" üzərində qələbə qazanıb
Komanda16:42
"Qəbələ" I Liqa təmsilçisinə böyük hesabla qalib gəlib
Futbol16:41
Britaniya tariflərin ləğvi naminə Qrenlandiyanı ABŞ-nin bir hissəsi kimi tanımayacaq
Digər ölkələr16:25
Video
Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə16:24
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Öyrənməli olduğumuz nüanslar var"
Futbol16:18
Samvel Karapetyan istintaq təcridxanasından ev dustağlığına buraxılıb
Region16:03