MN: Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
Qarabağ
- 06 noyabr, 2020
- 12:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatları, yanacaq sürtkü materialları çatışmır.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.
Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.
Son xəbərlər
16:57
Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Sənaye
16:50
Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma baş tutub
Futbol
16:45
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
Daxili siyasət
16:44
Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb
Hadisə
16:43
Foto
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
Fərdi
16:40
Azərbaycandakı bankların xalis mənfəətinin (zərərinin) məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
16:31
Azərbaycan Basketbol Liqası: "Neftçi" "LANDAU Lions"u məğlub edib
Komanda
16:30
Zelenski təhlükəsizlik və gəmiçilik məsələləri üzrə danışıqlar aparmaq üçün İstanbula gəlib
Digər ölkələr
16:28
Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Ekologiya