Yalçın Rəfiyev: "COP29 maliyyələşmə ilə bağlı yeni qərarların qəbuluna imkan verəcək"

Yalçın Rəfiyev: "COP29 maliyyələşmə ilə bağlı yeni qərarların qəbuluna imkan verəcək" Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyələşmə ilə bağlı yeni qərarların qəbuluna imkan verəcək.
COP29
31 Oktyabr , 2024 10:35
Yalçın Rəfiyev: COP29 maliyyələşmə ilə bağlı yeni qərarların qəbuluna imkan verəcək
Yalçın Rəfiyev

Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) maliyyələşmə ilə bağlı yeni qərarların qəbuluna imkan verəcək.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev İqtisadiyyat Nazirliyi və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

"Bu qərarlar verildiyi və konsensusa nail olacağımız təqdirdə kifayət qədər böyük, əhəmiyyətli prosesin başlamasına təkan verəcəyik. Çünki istənilən halda maliyyə bir çox məsələlərdə böyük rol oynayır. Bu günə kimi konstruktiv keçən danışıqlar prosesindən ümidliyik ki, körpü yaratmaqda rolumuz qoşulmama hərəkatındakı rolumuz kimi uğurlu olacaq", - deyə o qeyd edib.

"COP29-la bağlı qarşımızda böyük və iddialı bir gündəlik var. Bu tədbiri keçirən əvvəlki ölkələrdən fərqli olaraq qarşımızda çox az vaxt var. Ancaq götürülən öhdəlik və ona sadiqlik, ən yüksək səviyyədə siyasi dəstək nəticəsində müvafiq potensialı inkişaf etdirmişik və BMT üzvləri arasında uğurlu prosesin qurulmasını təmin etməyə müvəffəq olmuşuq, çox yaxın vaxtlarda bunun şahidi olacağıq. Sözsüz ki, dayanıqlı İnkişaf məqsədləri və iqlim fəaliyyətləri bir-biri ilə əlaqəlidir", - deyə nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi