Sahil Babayev: İldən-ilə ənənəvi iş yerlərindən texnoloji iş, daha "yaşıl iş yerləri"nə üstünlük verilir

Sahil Babayev: İldən-ilə ənənəvi iş yerlərindən texnoloji iş, daha "yaşıl iş yerləri"nə üstünlük verilir İldən-ilə ənənəvi iş yerlərindən texnoloji iş, daha "yaşıl iş yerləri"nə üstünlük verildiyi görülür.
COP29
18 Noyabr , 2024 10:56
Sahil Babayev: İldən-ilə ənənəvi iş yerlərindən texnoloji iş, daha yaşıl iş yerlərinə üstünlük verilir
Sahil Babayev

İldən-ilə ənənəvi iş yerlərindən texnoloji iş, daha "yaşıl iş yerləri"nə üstünlük verildiyi görülür.

"Report" xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü"ndə deyib.

Onun sözlərinə görə, müvafiq sahədə əmək resurslarının yaradılması hər bir hökumət qarşısında duran əsas amildir:

"Əlbəttə, hər bir hökumət, dövlət əsasən əhalinin məşğulluğundan faydalanır. Əhali üçün layiqli iş və yaşayış imkanlarının olması üçün ölkələr mümkün qədər tam məşğulluğu təmin etməlidir. "Yaşıl bacarıqlar" da inkişaf etdirməlidir. Bu istiqamətdə, demək olar, bütün dövlət və özəl qurumlarla fəal işləyirik. Ənənəvi təhsil sistemi, məktəblər, kolleclər, universitetlərlə yanaşı, peşə təlim mərkəzlərimiz vasitəsilə Azərbaycanda ildə təxminən 15 min nəfərə yeni bacarıqlar qazandırmağa çalışırıq".

Nazir bildirib ki, "yaşıl iş yerləri" və "yaşıl bacarıqlar" üçün yeni standartlar və yeni tədris proqramları təmin edilir:

"Bazara mümkün qədər çox "yaşıl ixtisaslı" işçi qüvvəsi gətirməyə çalışırıq. Son iki il ərzində tərəfdaşlarımızla birlikdə artıq 1600-dən çox kurs təşkil etmişik".

Son xəbərlər

Orphus sistemi