Prezident: İqlim dəyişikliyi ilə bağlı problemlər Mavritaniyanın iqtisadi inkişafını ləngidir

Prezident: İqlim dəyişikliyi ilə bağlı problemlər Mavritaniyanın iqtisadi inkişafını ləngidir Mavritaniya daşqınlar və səhralaşma kimi iqlim böhranının nəticələrindən əziyyət çəkir, bu amillər ölkənin iqtisadi inkişafına mane olur.
COP29
12 Noyabr , 2024 15:51
Prezident: İqlim dəyişikliyi ilə bağlı problemlər Mavritaniyanın iqtisadi inkişafını ləngidir

Mavritaniya daşqınlar və səhralaşma kimi iqlim böhranının nəticələrindən əziyyət çəkir, bu amillər ölkənin iqtisadi inkişafına mane olur.

“Report” xəbər verir ki, bunu Mavritaniya Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Bakıda COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Mavritaniyanın qlobal istixana qazı emissiyalarında payı cüzidir. Lakin buna baxmayaraq, ölkə daşqınlar və səhralaşma kimi iqlim böhranının nəticələrindən əziyyət çəkməyə davam edir: "Kiçik emissiya həcminə baxmayaraq, fəal şəkildə emissiyaları məhdudlaşdırırıq. Biz, həmçinin vergilər tətbiq, zərər görmüş əraziləri bərpa edir, bərpa olunan enerji mənbələrinə keçid üçün səy göstərir, reallıqlara uyğunlaşırıq. Enerji balansımızda istehlakın 48%-i artıq bərpa olunan enerji mənbələrinin payına düşür. 2030-cu ilə qədər bu göstəricini 60%-ə çatdırmaq niyyətindəyik. Beynəlxalq ictimaiyyəti enerji keçidində bizi dəstəkləməyə çağırırıq".

Mavritaniya Prezidentinin sözlərinə görə, iqlim dəyişikliyinin mənfi nəticələri, o cümlədən qlobal temperaturun artması bəşəriyyət üçün ciddi təhlükə təşkil edir: "Bu, iqlim dəyişikliyi ilə mübarizənin sürətləndirilməsini xüsusilə zəruri edir. Çox gec olmadan qərarlar qəbul etmək və vəziyyəti düzəltmək üçün tarixi məsuliyyət üzərimizə düşür".

Mavritaniya lideri çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə COP29 iqlim konfransının mükəmməl təşkilinə görə təşəkkür edib.

O, həmçinin BƏƏ Prezidentinə 2023-cü ildə Dubayda keçirilən COP28-in səmərəliliyi ilə bağlı təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi