Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır

ASK
  • 05 noyabr, 2026
  • 12:23
Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır

Azərbaycanda su anbarlarında, xüsusən Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşır.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Bakıda keçirilən l Azərbaycan Regional Akvakultura Forumunda deyib.

Onun sözlərinə görə, Xəzər dənizində qəfəs tipli texnologiyaların inkişafı onun potensialını göstərir:" Həmçinin Mingəçevirin aşağı hissəsində Kür çayı üzərində də müəyyən yeni qəfəs tipli təsərrüfatlar Mingəçevir su anbarının ərazisində formalaşır. Azərbaycandakı dağ çayları xüsusən ölkənin şimal ərazilərində Qafqaz dağları ətəklərində formalaşır. Ölkədəki şirin su mənbələrinin potensialının 5 %-ə artıq istifadə olunur".

C.Əliyev qeyd edib ki, Azərbaycana çox ciddi miqdarda farel alabalıq idxalı var: "Farel istehsalında qat-qat artırılması planlanıb. Hazırda ölkədəki farel istehsalı porsionlu miqdarlardadır. Amma "kilo plus" dediyimiz böyük farel həcmləri əksəriyyəti idxal hesabına formalaşır".

O qeyd edib ki, Azərbaycan kürüsü, xüsusən Xəzər kürüsü dünyada məşhurdur: "Bu il 900 kq-dan artıq artıq nərəkimilərin akvakultorada istehsal olunmuş kürü ixrac olunub. Son üç ayda ixrac olunan həcmlər bütün il boyu olan həcmlərə bərabər olduğundan, bu rəqəmin il sonuna qədər təxminən iki dəfə artması gözlənilir".

44 filmi